"İrəvanda hesab edirdilər ki, “atışmalar” 5-6 gün davam edəcək"

"İrəvanda hesab edirdilər ki, “atışmalar” 5-6 gün davam edəcək"

27 Sentyabr 2021 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

"İlk zərbəni məhz Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisinə endirib".

Oxuməni.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko öz teleqram kanalındakı paylaşımda yazıb.

“Azərbaycanı təmsil etməyən azı 3 məlumatlı yüksək mənbədən mənə verilən məlumata görə, 2020-ci sentyabrın 27-də ilk zərbəni bədnam “Tonoyan doktrinası”nı həyata keçirən məhz Ermənistan Silahlı Qüvvələri artilleriya və RYAS-dan istifadə etməklə Azərbaycan ərazisinə endirib”, - paylaşımda deyilir.

İ.Korotçenkonun sözlərinə görə, “İrəvanda hesab edirdilər ki, Ermənistan tərəfinin təşəbbüskarı olduğu “atışmalar” 5-6 gün davam edəcək və hər şey bitəcək, bununla da Ermənistan öz “qoçaq cəsarətini və gücünü” nümayiş etdirmiş olacaq.

“Buna cavab olaraq Bakıda təxribatçını hərtərəfli cəzalandırmaq haqqında qərar qəbul olundu. Qarşısına ən qətiyyəli məqsədlər qoyulmuş “Dəmir yumruq” əməliyyatına start verildi. Artıq əməliyyatların 5-ci günündə Ermənistan Müdafiə Nazirliyi qoşunlara mərkəzləşmiş nəzarəti itirmişdi. 44 gün sonra Ermənistan ordusu darmadağın edildi, rəsmi İrəvan kapitulyasiya etdi”, - o bildirib.