ABŞ Dövlət Departamenti Estoniyanı dünyanın ən təhlükəli ölkələri sırasına daxil edib

ABŞ Dövlət Departamenti Estoniyanı dünyanın ən təhlükəli ölkələri sırasına daxil edib

21 Sentyabr 2021 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti Amerika səyahətçiləri üçün yenilənmiş səyahət tövsiyələrini nəşr etdi.

Oxuməni.az xəbər verir ki, qurum Estoniyanı yüksək təhlükə səviyyəsinə malik ölkələr siyahısına daxil edib.

Bundan başqa, siyahıda Azərbaycan, Laos, İsveçrə, Sent-Lusiya, Oman və Şimali Makedoniya da var. Covid-19 infeksiyası riski, terrorizm təhlükəsi və ya qeyri-sabit siyasi vəziyyət səbəbindən Amerika vətəndaşları bu ölkələrə səfər etməyi məsləhət görmürlər.

Dövlət Departamentində də qeyd edildiyi kimi, koronavirusa yoluxma təhlükəsinin olduqca yüksək olması səbəbindən Estoniyaya səfər etmək təhlükəlidir.

Estoniya covid-19 sürətli yayılması səbəbiylə qırmızı ölkələr siyahısına daxil oldu.