“Der Spiegel”: Ukrayna ittifaq təlimlərinə ev sahibliyi etməklə NATO-ya yaxınlaşmağa çalışır

“Der Spiegel”: Ukrayna ittifaq təlimlərinə ev sahibliyi etməklə NATO-ya yaxınlaşmağa çalışır

21 Sentyabr 2021 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada NATO ölkələrinin iştirakı ilə oktyabrın 1-dək davam edəcək təlimlər başlayır. Kiyev artıq neçənci onillikdir ki, ABŞ-la mütəmadi olaraq birgə hərbi təlimlər keçirir, lakin son illərdə Ukrayna getdikcə Qərb ittifaqına yaxınlaşmağa çalışır. Bu dəfə 6000 əsgər döyüş qabiliyyətini nümayiş etdirəcək, müdafiə və hava əməliyyatları keçirəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.

Jurnal yazır ki, son illərdə Ukrayna getdikcə NATO-ya yaxınlaşmağa çalışır. Nəşrin əmin etdiyi kimi, Rusiya ilə Ukrayna arasında 2014-cü ildən bəri közərən münaqişə hələ də davam edir və bu yay vəziyyət nəzərə çarpacaq dərəcədə kəskinləşdi. Bunun fonunda Qərbi Ukraynada NATO qoşunlarının iştirakı ilə təlimlər başladı.

Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, Polşadan təxminən 25 kilometr aralıda bir çox ölkədən 6000 əsgər döyüş qabiliyyətini nümayiş etdirəcək. ABŞ-Ukrayna illik “Rapid Trident” təlimi çərçivəsində gələn həftənin cümə gününə qədər həmçinin müdafiə və hava əməliyyatları da keçiriləcək. Alman jurnalı bundesverin ora öz müşahidəçisini göndərdiyini qeyd edib.

1990-cı illərdən bəri Ukrayna mütəmadi olaraq NATO ölkələrinin hərbçiləri ilə təlimlər keçirir. 2019-cu ildən bəri Qərb hərbi ittifaqına qoşulmaq məqsədi Ukrayna konstitusiyasında əksini tapıb. Nəşr xatırladır ki, son aylarda Qərbin və Rusiyanın hərbi təlimləri gərginliyin dəfələrlə artmasına səbəb olub.

İyun ayında Rusiya Qara Dəniz Donanması xəbərdarlıq atəşlərindən istifadə edərək və Krım yarımadasına bomba ataraq İngiltərənin hərbi gəmisini istiqamətini dəyişməyə məcbur etdi. Həmçinin Rusiya sərhəd boyunca əvvəlkindən daha çox hərbi hissə yerləşdirdi və Ukrayna ehtiyatda olan hərbçiləri səfərbər etməyə hazırlaşdı.

“Der Spiegel”in yazdığına görə, Rusiya Ukrayna üçün böyük təhlükə yaradır. Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdi, bundan başqa, Moskva Ukraynanın şərqindəki silahlı qruplaşmaları hərbi cəhətdən dəstəkləyir. Son illər ərzində Rusiya-Ukrayna sərhədi boyunca incə vəziyyətlər yaranıb.

Ötən il NATO Ukrayna ilə daha sıx əməkdaşlığa girdi. Alyansdan verilən məlumata görə, ölkə NATO-nun genişlənmiş imkanlar proqramına (Enhanced Opportunities Program) qəbul edildi.

Bu, Ukraynaya ittifaqın bəzi gizli məlumatlarına çıxışı təmin edən NATO təlimlərində və əməkdaşlıq layihələrində iştirak etmək üçün əlavə imkanlar verdi. Bu günə qədər bu proqramın iştirakçıları Avstraliya, Finlandiya, Gürcüstan, İordaniya və İsveçdir.

Jurnal xatırladır ki, Ukraynanın şərqində 2014-cü ildən bəri davam edən qarşıdurmada 13 mindən çox insan ölüb. Ötən ilin iyul ayında münaqişə tərəfləri barışıq haqqında razılığa gəliblər. “Der Spiegel” qeyd edir ki, ancaq fevral ayının ortalarından etibarən yenidən aktivləşən hərbi toqquşmalar onsuz da kövrək olan atəşkəsə son qoyub.