İrəvan Qarabağ ermənilərini son ümidlərindən məhrum etdi

İrəvan Qarabağ ermənilərini son ümidlərindən məhrum etdi

20 Sentyabr 06:19
192
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda Qarabağ ermənilərinin qəbulu proqramı fəaliyyətini dayanrıb. Erməni mətbuatı yazır ki, İrəvandakı Qarabağ erməniləri çətin vəziyyətə düşüblər.

Oxuməni.az xəbər verir ki, Ermənistanın əmək və sosial işlər nazirinin mətbuat katibi Zara Manuçaryan "Sputnik-Ermənistan"-a müsahibəsində bildirib ki, proqram yarımçıq icra olunmayıb, o sadəcə sona çatıb, və vətəndaşlara bu barədə məlumat verilib. Manuçaryanın sözlərinə görə, proqram üç ay fəaliyyət göstərməli idi, lakin onun müddəti iki dəfə uzadılıb.

"İndi Qarabağ ermənilərinin mənzil problemlərinin həllinə imkan verəcək yeni bir dəstək variantı üzərində düşünürük. Yəni proqramın əvvəlki formada davam edib-etməyəcəyini və ya yeni bir layihənin hazırlanıb-hazırlanmayacağını dəqiq deyə bilmərik", - Manuçaryan əlavə edib.

Onun sözlərinə görə, hal-hazırda Qarabağ ermənilərinə məşğulluq proqramlarından istifadə etməyi tövsiyə edirlər. Onlara ayda 125 dolların odənilməsini nəzərdə tutan 4 ayliq maliyyə yardımı programının müddəti sona çatıb.