Bakıya "Tiqranın xəritəsi"ni verməliyik? - Köçəryan

Bakıya "Tiqranın xəritəsi"ni verməliyik? - Köçəryan

17 Sentyabr 15:58
257
Bəyəndim (0) Bəyənmədim (0)

Mən bu məlumatı nə təsdiq, nə də təkzib edə bilərəm. Amma deyə bilərəm ki, atəşkəsdən sonra bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır.

Oxuməni.az xəbər verir ki, bunu Ermənistran parlamentinin Mülki Müqavilə fraksiyasından olan deputatı Andranik Köçəryan erməni mətbuatında Azərbaycanla imzalanacaq müqavilə ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

“Təbii ki, biz bu mərhələyə daxil olmalı və gərginliyi azaltmaq və sülhü möhkəmləndirmək prosesini geridönməz hala gətirməliyik”, - Köçəryan bildirib.

Jurnalistlərin, “Niyə Bakı ilə demarkasiya və delimitasiya üzrə danışıqlar Sovet xəritələri əsasında aparılır” sualına Köçəryan belə cavab verib:

“Hansı xəritə olmalıdır ki? Böyük Tiqranın? Gəlin, xəritələri tanımayaq. Azərbaycan desin, bu ərazi mənimdir, biz də deyək, yox, mənimdir. Bu, dalandır. Əsas kimi bir xəritə götürülməli və bir-birimizlə danışıqlara başlamalıyıq”.

Digər deputat Artur Ovannisyan da deyib ki, hakimiyyət danışıqlar barədə faktları ictimaiyyətdən gizlətməməlidir.