Arşakyan: Ermənistan silahlı qüvvələrində Moskvanın agentlərindən ibarət geniş şəbəkə fəaliyyət göstərir

Arşakyan: Ermənistan silahlı qüvvələrində Moskvanın agentlərindən ibarət geniş şəbəkə fəaliyyət göstərir

16 Sentyabr 16:00
190
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva və Vaşinqton erməni cəmiyyətində nüfuz uğrunda həmişə mübarizə aparıb. Lakin əgər Qərb bunu investisiyalar və Ermənistanı demokratik dövlətə çevirmək istəyi ilə edirdisə, Rusiya, əksinə, Ermənistanda vassal vəziyyətini gücləndirməyə çalışırdı. Rusiya öz niyyətlərini həyata keçirmək üçün Kremlin istənilən tapşırığını yerinə yetirməyə hazır olan ermənilərin vəzifə və karyerada irəliləməsinə şərait yaradıb.

Oxuməni.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.

“Moskva həm SSRİ dövründə, həm də onun dağılmasından sonra erməni jurnalistləri, ziyalılari, siyasətçiləri, ekspertlərini öz agentləri sırasına cəlb edib. Kreml xüsusilə erməni zabitlərinə diqqət ayırırdı. Bu gün tam məsuliyyətlə bəyan etmək olar ki, Ermənistan silahlı qüvvələrində Moskvanın agentlərindən ibarət geniş şəbəkə fəaliyyət göstərir. Üstəlik, onlar Ermənistan ordusunun, demək olar ki, bütün elitasını əhatə edib”, - deyə erməni ekspert qeyd edib.

Onun sözlərinə görə, bu gün praktiki olaraq bütün erməni generalları Moskvadan göstərişlər alırlar.