BMT-nin sessiyasında dövlət və hökumət başçılarından COVID-19 pasportu tələb olunacaq

BMT-nin sessiyasında dövlət və hökumət başçılarından COVID-19 pasportu tələb olunacaq

16 Sentyabr 06:37
106
Bəyəndim (0) Bəyənmədim (0)

“Sentyabrın 21-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının 76-cı sessiyasında yüksək səviyyəli iclaslara qatılacaq dünya liderlərindən, hökumət başçılarından və nümayəndə heyətlərinin üzvlərindən COVID-19 pasportu tələb olunacaq”.

Oxuməni.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

S.Dujarrik BMT-nin əməkdaşları da daxil olmaqla, ictimaiyyət qarşısına çıxacaq, diplomatla, jurnalistlə üz -üzə olan bütün şəxslərdən COVID-19 pasportunun tələb olunacağını deyib.

Sentyabrın ilk həftəsindən etibarən Nyu-Yorkda fəaliyyət göstərən restoranlarda, otellərdə və digər ictimai yerlərdə COVID-19 pasportunun zəruri olduğunu deyən təşkilat rəsmisi qərarın təkcə BMT deyil, həm də Nyu-York ştatı rəhbərliyi tərəfindən qəbul olunduğunu vurğulayıb.

Qeyd edək ki, yüksək səviyyəli həftədə 83 ölkənin liderinin, 43 hökumət başçısının və 23 ölkənin xarici işlər nazirinin iştirakı gözlənilir.

Sessiya 27 sentyabrda yekunlaşacaq.