"Böyük Səhrada İslam dövləti" terror qruplaşmasının lideri Adnan əbu Abu Valid əl-Sahraui öldürülüb

"Böyük Səhrada İslam dövləti" terror qruplaşmasının lideri Adnan əbu Abu Valid əl-Sahraui öldürülüb

16 Sentyabr 2021 06:32
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa prezidenti Emmanuel Maskron "Böyük Səhrada İslam dövləti" qruplaşmasının başçısının Fransa silahlı qüvvələri tərəfindən zərərsizləşdirildiyini elan edib.

Oxuməni.az xəbər verir ki, bu barədə dövlət rəhbəri özünün tvitterdəki səhifəsində bildirib.

"Böyük Səhrada İslam dövləti" terror qruplaşmasının lideri Adnan əbu Abu Valid əl-Sahraui fransız qoşunu tərəfindən zərərsizləşdirilib. Bu, Saxeldə terror qruplaşmaları ilə mübarizəmizdə daha bir böyük müvəffəqiyyətdir", - Fransa rəhbəri tvitterdə yazıb.

Onun sözlərini sonra Fransanın müdafiə naziri Florans Parli də təsdiqləyib. Nazir tvitterdəki hesabında qeyd edib ki, İŞİD-in regional özəyinin lideri "Barxan" əməliyyatının hərbçiləri tərəfindən endirilmiş zərbə nəticəsində öldürülüb.

Dövlət başçısı və nazir regionda terrorizmlə mübarizədə həlak olmuş fransız hərbçilərin xatirəsini yad edib. "Afrika, avropalı partnyorlarımızla birlikdə bu mübarizəni davam etdirəcəyik", - Makron deyib.