“Azərbaycan polisi Xankəndiyə girəcək” - Akopyan

“Azərbaycan polisi Xankəndiyə girəcək” - Akopyan

14 Sentyabr 2021 06:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın polisinin Gorus-Qafan yolunda post qurması və ölkəmizin ərazisindən keçən tranzit maşınları yoxlaması Ermənistanda yenə siyasi qüvvələrin bir-birinə qarı təzyiq və siyasi mübarizə alətinə çevrilib.

Oxuməni.az xəbər verir ki, erməni deputat Vahe Akopyan bunu Azərbaycanın daha bir uğuru kimi qiymətləndirməklə bərabər, Ermənistan siyasi hakimiyyətini hədəf alıb:

“Azərbaycan bunu da bacardı. Hətta sabah Azərbaycan polisi İrəvanın mərkəzində avtomobilləri yoxlamağa başlasa belə, Ermənistanda heç kim təəccüblənməyəcək”.

O deyib ki, bu fakt Azərbaycanın polisinin yaxın vaxtlarda Xankəndidə peyda olacağını göstərir:

“Azərbaycan polisi Gorus-Qafan yolunda post qurmağı və nəzarət-buraxılış məntəqəsi yaratmağı bacardı. Onlar İran yük maşınlarını dayandırır, onları gömrük rüsumları və vergi ödəməyə məcbur edirlər. Necə deyərlər, bu, gözlənilən bir hadisə idi. Hazırda hamı Azərbaycan polisinin yaxın vaxtlarda Xankəndidə də post quracağını gözləyir”, – deyə erməni deputat bildirib