ABŞ Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizədə Ukraynanı tək qoymayacaq

ABŞ Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizədə Ukraynanı tək qoymayacaq

14 Sentyabr 2021 06:19
Bəyəndim (0) Bəyənmədim (0)

“Vaşinqton Ukrayna qarşısında təhlükəsizlik öhdəliklərini tam yerinə yetirmək niyyətindədir”,

Oxuməni.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibi Entoni Blinken Amerika hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda bildirib.

Konqresmen Brayan Fitzpatrik Blinkendən soruşub ki, Vaşinqton rəhbərliyi Rusiyanın təcavüzü halında Ukraynadakı və Çinin təcavüzü halında Tayvandakı dostlara dəstək vermək üçün əlindən gələni etmək niyyətində olduğunu təsdiq edə bilərmi?

“Bəli. Tayvan və Ukrayna qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik”-deyə, Blinken sualı cavablandırılb.