Ermənilər şokda: “Heç vaxt Ermənistanda belə isterika görməmişdim”

Ermənilər şokda: “Heç vaxt Ermənistanda belə isterika görməmişdim”

13 Sentyabr 21:34
220
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycan Daxili İşlər Nazirliyinin Gorus-Qafan yoluna post qurması, maşınları yoxlaması Ermənistanda şok effekti yaradıb”.

Oxuməni.az xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Ekspert bölgədəki son gəlişmələrə diqqət çəkib: “Ermənistan KİV-lərini oxuyuram, çoxdandır belə isterika görməmişdim. Azərbaycan Daxili İşlər Nazirliyinin Gorus-Qafan yoluna post qurması, maşınları yoxlaması şok effekti yaradıb. Hətta artıq “qoymayın, türklər bizim maşınlarımızı oğurlayır” kimi başlıqlar, manşetlər yazırlar. Məsələ nədir?

Ermənistan sakini “UAZ” markalı maşınla ərazimizə daxil olub, özü də etiraf edir ki, bizim ordunun nəzarətində olan əraziyə daxil olub, orada yanacağı bitib, maşını qoyub gedib yanacaq gətirməyə, qayıdanda görüb ki, “UAZ” yerində yoxdur və bunu bütün Ermənistan KİV-ləri “oğurluq” kimi qələmə verirlər.

Əslində gələcəkdə sürücüsüz, nəzarətsiz maşınlar ərazimizdə tapılsa, risk etmək lazım deyil, yerindəcə məhv edilməlidir. Çünki minalanmış ola bilər, terror xarakterli təxribat, tələ ola bilər. Nəzarətsiz ərazimizdə tapılan maşın götürülməli, yoxlanılmalı idi, bunu “oğurluqla” nə əlaqəsi var?”

Natiq Cəfərli qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı erməniləri ötən illərdə cəsarətləndirmişdi:

“Son 26 ildə işğal başlarını o qədər havalandırmışdı ki, sərhədin Tərtərdən, Ağcabədidən, Bərdədən, Gəncədən, Horadizdən başladığına inanmışdılar. İşğal etdikləri əraziləri özününkü hesab edirdi, yollar çəkirdilər, bu ərazilərin heç vaxt Azərbaycana qayıtmayacağından əmin idilər. Ona görə indi şok yaşayırlar – 44 günlük Vətən savaşından öncə Gorusa, Qafana bizim ordunun nəzarət etdiyi torpaqlardan 150-200 km məsafə var idi.

İndi ordumuz sərhəddə, Qafanın 3-5 kilometrliyində, Gorusun yaxınlığındadır. Polisimiz isə bunların işğal zamanı bizim torpaqlarda inşa etdiyi yollarda post qurublar, bu, Ermənistanda ciddi psixoloji gərginlik yaradıb.

Bu, bir daha bəzi boşboğazların, “Onsuz da Ermənistan 7 rayonu qaytarırırdı da, daha niyə döyüşdük”, çərənləmələrinə cavabdır, göstəricidir. Ermənistan danışıqla bir kənd belə qaytarmayacaqdı, belə iddiada olanlar ağ yalan danışırlar, manipulyasiya ilə məşğuldurlar”.