ABŞ terrorçuları Vaşinqtona dəvət etdi - Şok

ABŞ terrorçuları Vaşinqtona dəvət etdi - Şok

13 Sentyabr 2021 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Suriyada PKK terror təşkilatının uzantısı olan DSG/YPG ilə çərçivəli siyasi görüşlər keçirməyə hazırlaşır.

Oxuməni.az xəbər verir ki, Birləşmiş Ştatlar DSG/YPG-nin sözdə Demokratik Suriya Məclisinin rəhbəri İlham Əhmədin rəhbərlik etdiyi heyəti Vaşinqtona dəvət edib.

Məlumata görə, heyətdə bölgədəki ərəb, süryani və digər azlıqlara aid qrupların təmsilçiləri də yer alır. Heyət üzvləri arasında PYD/YPG terror təşkilatının liderlərindən olan “Məzlum Kobani” ləqəbli Fərhad Abdi Şahinin də olduğu bildirilir.

Qeyd edək ki, Əfqanıstandan sonra Vaşinqtonun İraq və Suriyanın şimal-qərb hissələrindən çıxacağı haqda xəbərlər dolaşır. İraqda hərbi fəaliyyətini artıran Bayden hökuməti burada siyasi qruplarla görüşmək üçün fəallıq nümayiş etdirir. ABŞ-ın PYD və digər qrupları Vaşinqtona dəvət etməsi də bu çərçivədə qiymətləndirilir. Məlumata görə, ABŞ-a gedəcək heyətə qısa müddətə viza da verilib.