Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!

Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!

8 Sentyabr 2021 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan bölgədə kommunikasiyaların açılmasında qərarlıdır.

Oxuməni.az xəbər evrir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan xatırladıb ki, avqustun 24-də hökumətin 5 illik proqramını parlamentə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılmasının Ermənistan hakimiyyəti üçün ən vacib iş sahələrindən biri olacağını deyib.

“Bildiyiniz kimi, yenidən baş nazir vəzifəsinə seçildikdən sonra artıq İrana səfər etdim və bu gün də Gürcüstana gedirəm. Həm İran, həm də Gürcüstanla müzakirə olunan məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır və bu kontekstdə Şimal-Cənub layihəsinə önəm verirəm”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) həlli üçün kommunikasiyaların açılması məsələsi müzakirə olunur:

“Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq”.