Rusiyanın zəifləməsini gözləyirik, sonra bir zərbə ilə...

Rusiyanın zəifləməsini gözləyirik, sonra bir zərbə ilə...

30 İyul 2021 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Rusiya zəiflədikdən sonra onu məğlub etməyə hazırlaşmalıdır.

Oxuməni.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Şurasının baş katibinin keçmiş müavini Sergey Krivonos deyib.

“Ukrayna üçün uyğun məqam 10-15 il ərzində gələ bilər. Buna qədər Kiyev ərazilərin sülh yolu ilə qaytarılmasına sadiqliyini nümayiş etdirməli və eyni zamanda silahlı qüvvələrini gücləndirməlidir. Buna hazırlaşmalı və hərbi qüvvələrimizi gücləndirməliyik ki, hər an Rusiyanın çənəsinə dəqiq zərbə vurub, onları qısa nokauta göndərək”, - Krivonos bildirib.