Kubada şok: 10 gündə Kastronun 6 sadiq generalı öldü

Kubada şok: 10 gündə Kastronun 6 sadiq generalı öldü

30 İyul 09:51
317
Bəyəndim (0) Bəyənmədim (0)

Son 10 gün ərzində Kubada 6 yüksəkçinli hərbçi dünyasını dəyişib.

Oxuməni.az xəbər verir ki, bu barədə “Univision” telekanalı məlumat yayıb.

1957-ci ildə Fidel Kastro ilə birləşən və inqilabdan sonra orduda xidmətini davam etdirən general Hilberto Antonio Kardero Sançes də ötən gün ölüb. Onun yaşı, rütbəsi və ölüm səbəbi açıqlanmayıb.

Televiziya isə son 10 gün ərzində daha 5 generalın öldüyü haqda məlumat yayıb. 26 iyulda briqada generalı, yazıçı və tarixçi Armando Çoy Rodriqes (87 yaş) ölüb. O, məşhur “26 iyul hərəkatı”nın rəhbəri olub. Elə həmin gün 1957-ci ildə Kastro ilə birləşən və Ernesto Çe Gevaranın rəhbərliyi altında vuruşan Manuel Eduardo Lastres Paçenko dünyasını dəyişib.

Daha bir general – 79 yaşlı Ruben Martines Puente 24 iyulda vəfat edib.

Ehtiyatda olan general, Fidel Kastronun mühafizəçilərindən olan Marselo Verdesiya Perdomo 20 iyulda, Kuba kommunistlərinin Mərkəzi Komitəsinin üzvü, Qərb ordusunun sabiq komandanı Aqustin Penya Porres 17 iyulda ölüb.

Qeyd edək ki, generalların 11 iyulda Kubada başlayan etiraz aksiyalarından sonra bu cür ölümü birmənalı qarşılanmayıb. Mediada yayılan ehtimallardan biri odur ki, Kuba inqilabının “sütunları” sayılan generallar bu aksiyaları ABŞ-ın törətməsinə görə gizli toplantı keçiriblər. Bu gizli toplantıda isə onlar koronavirusa yoluxub.