Haitinin öldürülən prezidentinin ailəsi ölkəni tərk edib

Haitinin öldürülən prezidentinin ailəsi ölkəni tərk edib

29 İyul 06:46
172
Bəyəndim (0) Bəyənmədim (0)

Silahlı şəxslərin hücumu nəticəsində qətlə yetirilmiş Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz övladları ilə birgə ölkəni tərk edib.

Oxuməni.az xəbər verir ki, bu barədə “Aiti-24” portalı məlumat yayıb.

Qeyd olunub ki, M.Moiz müalicə aldığı ABŞ-ın Florida ştatına gedib.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz 7 iyulda yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı ölkənin birinci xanımı olmuş Martin Moiz də yaralanaraq xəstəxanaya yerləşdirilmişdi. O daha sonra müalicə almaq üçün ABŞ-a aparılmışdı.