"Eurovision-2012"nin qalibi bəlli oldu!

"Eurovision-2012"nin qalibi bəlli oldu!

27 May 2012 03:19
Bəyəndim (0) Bəyənmədim (0)
İsveç nümayəndəsi etimadları doğrultdu

Bir neçə saniyə öncə Bakının "Kristal Zal"ında təşkil olunmuş möhtəşəm "Eurovision-2012" Mahnı Müsabiqəsi başa çatdı. Qeyri-adiliyi ilə bütün Avropanı ovsunlamış müsabiqənin qalibi İsveçi təmsil edən Loreen oldu. Fərqli səs tembrinə malik olan Loreen 58-ci müsabiqəni öz ölkəsinə aparmış oldu.

P.S. Yeri gəlmişkən, bir neçə gün əvvəl mən favoritlərimdən biri olan Loreenin qalibiyyətinə inandığımı qeyd etmişdim. Daha doğrusu, məhz bu qızın birincilik qazanacağını proqnoz vermişdim.

P.P.S. Səbinə Babayeva isə Azərbaycana dördüncülüyü nəsib etdi. Buna da şükür!

Könül Aypara