Səbinə Babayeva: “Musiqi siyasət deyil”

Səbinə Babayeva: “Musiqi siyasət deyil”

25 May 2012 17:38
Bəyəndim (0) Bəyənmədim (0)
İfaçı siqaretdən və spirtli içkilərdən uzaq olduğunu bildirərək, dondurma sevmədiyini dilə gətirdi

Bu gün həmyerlimiz Səbinə Babayeva mətbuat nümayəndələri üçün ikinci konfransını verdi. Yarışmanın favoritlərindən sayılan Səbinəyə qarşı maraq olduqca böyük idi. Eurovizion.tv-nin məlumatına görə, Azərbaycan təmsilçisi yarışmanı tərk etmiş iştirakçılar barədə xoş sözlər söylədi. Daha sonra jurnalistlərdən birinin onun yüksək vokalı barədə verdiyi suala maraqlı açıqlama ilə cavab verdi. İfaçı siqaretdən və spirtli içkilərdən uzaq olduğunu bildirərək, dondurma sevmədiyini dilə gətirdi və bunun başqa sirri olmadığını dedi. Başqa bir jurnalistin Ermənistanın iştirakdan imtinası barədə verdiyi sualı Səbinə özünəməxsus ustalıqla cavablandırdı: "Bu yarışma musiqi yarışmasıdır, ən böyük və populyar müsabiqələrdən biridir. Əlbəttə, biz məyus oluruq ki, bəzi ölkələr iştirak etmirlər. Amma musiqi siyasət deyil".

Səbinə Babayeva çıxışı zamanı Böyük Britaniya təmsilçisi Engelbert Hamperdinkin musiqilərini çox sevdiyini, onunla görüşə bildiyini və tezliklə birgə duet oxumaq istədiyini də açıqladı. Sonda "EMM-2012" təmsilçimiz hər kəsi doğma Azərbaycanda görməkdən məmnun olduğunu dilə gətirdi.

O.M.

.