VIDEO:İran səfirliyi Azərbaycanın təhqir olunması ilə bağlı süjetə aydınlıq gətirdi

VIDEO:İran səfirliyi Azərbaycanın təhqir olunması ilə bağlı süjetə aydınlıq gətirdi

25 May 2012 13:02
Bəyəndim (0) Bəyənmədim (0)
Səfirliyin sözçüsü "Tekon" kanalının bu ölkəyə məxsus olmadığını iddia edir

İran Səfirliyi Azərbaycandakı farsdilli "Tekon" televiziyasının əməkdaşının Azərbaycanı təhqir etdiyi süjetə aydınlıq gətirib. Səfirlik bu kanalın İrana məxsus olmadığını bildirir. Səfirliyin mətbuat xidmətinin əməkdaşı Əli Namidarın ANS-ə verdiyi məlumata görə, bu kanal İranda yerləşmir və həmin süjeti hazırlayan jurnalistə İranın Radio və Televiziya yayımı orqanı heç bir sənəd verməyib. Səfirlik bu kanalın və onun yaydığı süjetlərin İranla heç bir bağlılığı olmadığını bildirir.

Xatırladaq ki, internetdə yayılan süjetdə özünü iranlı jurnalist kimi təqdim edən şəxsin Azərbaycan barədə təhqiramiz ifadələr işlətdiyi görünür. "Eurovision" müsabiqəsinin işıqlandırılması üçün akkreditasiya alan jurnalist videomaterialında Azərbaycanın şeytanla əməkdaşlıq etdiyini, yarışmanın keçirilməsinə hazır olmadığını və son günlərini yaşadığını deyir. Jurnalist Azərbaycanı daim böyük İranın kölgəsində olan ölkə kimi təqdim edir.
Süjetdə günün sonunda bağlanmış mağazalar, iflasa uğramış obyektlər, fastfud qarşısında növbəyə düzülən insanlar isə acından ölənlər kimi təqdim olunur. Materialın müəllifi "Eurovision" yarışmasına gələn xaricilərə qarşı da qeyri-etik münasibət göstərir. Süjetin sonunda isə jurnalist guya təsadüfən "Eurovision" yarışmasına gələn şəxsin əlindəki Azərbaycan bayrağına təpik atır. Bu süjet Azərbaycanda böyük etiraza və rezonansa səbəb olmuşdu.

O.M.