“Buranovo nənələri”nin vətənində təxribat gözlənilir

“Buranovo nənələri”nin vətənində təxribat gözlənilir

25 May 2012 14:09
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə günü İjevskin mərkəzi meydanında şüşəli içkilərin istifadəsi qadağan olunacaq

Rusiyanı builki "Eurovision-2012" Mahnı Müsabiqəsində təmsil edən "Бурановские бабушки (Buranovo nənələri)" kollektivinin vətəni Udmurtiya muxtar respublikasında şənbə gününə hazırlıq tam gücü ilə davam edir. Belə ki, muxtar respublikanın paytaxtı İjevsk şəhərində bu münasibətlə təntənəli tədbir keçirilməsi planlaşdırılır. Şənbə günü şəhərin mərkəzi meydanında iri monitor Bakıdan birbaşa efiri yayımlayacaq. Yerli hüquq mühafizə orqanlarının ehtimalına görə, kütləvi tədbirdə qarşıdurmaların olacağı istisna deyil. Odur ki, tədbirin mühafizəsinə 200 tam hazırlıqlı polis cəlb olunacaq. Qeyd edək ki, bu gündən etibarən canlı yayım başlayana qədər mərkəzi meydanda bayram yarmarkası fəaliyyətə başlayıb. Rusiya Federasiyası Daxili İşlər Nazirliyi İjevsk Şəhər İdarəsinin məlumatına istindən İnterfax-ın yaydığı xəbərə görə, yarmarkada spirtli içkilərin satışı qadağan olunub. Hətta kütləvi tədbirdə də spirtli içkilərlə yanaşı şüşə qabda olan istənilən növ sərinləşdirici içkilərin istifadəsinə qadağa qoyulub.

O.M.