Eurovisiona 7,8 milyon vəsait ayrılıb
Almaniyanın
Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision-2011" Mahnı
Müsabiqəsi həftəsinin gündəliyini açıqlayıb.
İtv.az-ın verdiyi məlumata görə, mayın əvvəlindən Düsseldorfda promo-aksiyalar
başlayacaq. Şəhər administrasiyası bu tədbirlər üçün 7.8 milyon avro vəsait
ayırıb. Tədbirlər proqramı mayın 7-də "Bilk ist auf der Rolle" açıq hava
festivalı ilə başlayacaq. Final günü, mayın 14-də isə tamaşaçılara şouların ən
möhtəşəmi təqdim olunacaq.
Xatırladaq ki, "Eurovision -2011" Mahnı Müsabiqəsi Dusseldorf şəhərinin
54 400 nəfərlik idman-konsert arenasında Fortunada olacaq.
Qeyd edək ki, bu il ölkəmizi Eldar və Nigar dueti "Running Scared" mahnısı
ilə təmsil edəcək.
Arzu edirik ki, Almaniya estafeti Azərbaycana versin...
Elvin Babayev
O.M.



























































.jpg)
.jpg)
.jpg)































