Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi Bakıdadır

Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi Bakıdadır

24 May 2012 13:47
Bəyəndim (0) Bəyənmədim (0)
“EMM-1956”-nın qalibi Lis Assia “EMM-2012”-ni "Bakı Kristal Zalı"nda izləyəcək

Eurovision Mahnı Müsabiqəsi 2012-ni izləyən fəxri qonaqlar sırasında yarışmanın ilk qalibi Lis Assia (Lys Assia) da var. Eurovision.az saytı xəbər verir ki, müğənni ötən gün Bakıya gəlib. Xatırladaq ki, Lis Assia 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən Eurovision Mahnı Müsabiqəsində qalib olub. Həmin il İsveçrə təmsilçisi Lis Assiaya ifa etdiyi "Refrain (Bitərəf)" adlı mahnı qələbə qazandırmışdır.

O.M.