Ukrayna təmsilçisi İçərişəhəri velisopedlə qarış-qarış gəzdi

Ukrayna təmsilçisi İçərişəhəri velisopedlə qarış-qarış gəzdi

24 May 2012 12:12
Bəyəndim (0) Bəyənmədim (0)
Qaytana dünya şöhrətli Müslüm Maqomayevin sənətinə pərəstiş etdiyini dedi

Ukraynanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Qaytana Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin sənətinə pərəstiş etdiyini bildirib. Eurovision.az saytına müsahibə verən Qaytana böyük sənətkara daim pərəstiş etdiyini, valideynlərinin hər zaman onun ifalarını dinlədiyini bildirib.

Şəhər gəzintisinə çıxan Qaytana İçərişəhər, Qız Qalasında olub, velosipedlə bu tarixi məkanın hər dalanını özü üçün kəşf edib: "Bakı təbiəti, insanları, qədim tarixi və müasirliyi ilə məni sadəcə heyran qoyub. Bu gözəl şəhərin hər bir yerini seyr etmək üçün velosipedə ehtiyac var. Çünki burada heç bir məqamı gözdən qoymaq olmaz. Bakıdakı Eurovision mənə müsabiqə yox, böyük musiqi festivalı təsiri bağışlayır. Bu möhtəşəmliyin bir parçası olmaqdan qürur duyuram. Bizə göstərdiyiniz diqqət və qayğıya görə sonsuz təşəkkür edirəm."

Qaytana şəhər gəzintisi zamanı Qız Qalası qarşısında keçirilən Beynəlxalq "Qız Qalası" İncəsənət Festivalına da qatılıb. Müğənni buradakı quzu maketinin üzərində ürək şəkli də çəkib.

O.M.