VİDEO:N.Camal və D.Bilan "Обними меня (Qucaqla məni)" klipini təqdim etdilər

VİDEO:N.Camal və D.Bilan "Обними меня (Qucaqla məni)" klipini təqdim etdilər

24 May 2012 11:31
Bəyəndim (0) Bəyənmədim (0)
Dima Bilan: "Burada hər şeyi bəyənirəm və sevinirəm ki, hər şey Azərbaycanda keçirilir"

Eurovision 2008-in qalibi Dima Bilan və Eurovision 2011-in qalibi Nigar Camalın duetlərinin video klipinin təqdimatı olub. Eurovision.az-ın məlumatına görə, "Обними меня (Qucaqla məni)" mahnısının klip çəkilişləri Kiyevdə aparılıb. Klipi rejissor Aleksey Lamax ekranlaşdırıb. Qeyd edək ki, Nigar Camalın "Crush on you (Səni sıxmaq)" və "Never let you go (Heç zaman qoymaram gedəsən)" musiqili sosial videoçarxını da Aleksey Lamax çəkib.

"EuroClub"da keçirilən tədbirdə Nigar Camal bir neçə mahnı ifa edib. O, bütün mahnılarını hər iki qızı ilə bərabər oxuyub. Daha sonra səhnəyə Dima Bilan çıxıb. 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində qalib olan Dima Bilan öz musiqi qrupu ilə birgə repertuarındakı mahnıları ifa edib. "Azərbaycan möhtəşəm müsabiqə keçirir. Burada hər şeyi bəyənirəm və sevinirəm ki, hər şey Azərbaycanda baş verir. Bu səhnədə, sizlərin qarşısında çıxış etməkdən məmnunam". Dima səhnədəcə Bakıdakı müsabiqənin ən yaşlı fanatı Ella Kastneri salamlayıb.

O.M.