VİDEO:Can Bonomo cazmen İsfar Sarabskinin əlini öpdü

VİDEO:Can Bonomo cazmen İsfar Sarabskinin əlini öpdü

22 May 2012 14:20
Bəyəndim (0) Bəyənmədim (0)
"İsfar möhtəşəm bir istedaddır"

"Bu gün mən Azərbaycan cazını eşitdim. İsfar Sarabskinin ifasına heyran oldum. Bu möhtəşəm ifadır və çox istərdim ki, o, Türkiyədə də çıxış etsin". Bakı Caz Mərkəzində Azərbaycanın əməkdar artisti, Montre Beynəlxalq Caz Festivalının qalibi İsfar Sarabskinin ifasını izləyən Türkiyənin Eurovision 2012 təmsilçisi Can Bonomo eurovision.az saytına açıqlamasında belə deyib. "Bu möhtəşəm ifa sahibi ilə görüşdüm və əlindən öpdüm. İsfar çox möhtəşəm bir istedaddır. Hər zaman caz musiqisini öyrənmək istədim, amma buna cəsarət eləmədim. Amma hələ gəncəm və buna zamanım var. Sevinirəm ki, qardaş ölkə Azərbaycanda bu cür istedadlar var. İsfara böyük uğurlar arzu edirəm" - deyə Can Bonomo bildirib.

O.M.