Bakıda inşa müsabiqəsi keçirilib

Bakıda inşa müsabiqəsi keçirilib

25 Aprel 2011 16:21
820
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən akademik Zərifə Əliyeva adına məktəbdə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.


Müsabiqənin yekun mərhələsinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, təhsil nazirinin müavinləri və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.


Müsabiqənin yekun mərhələsində 97 məktəblinin iştirak etmək hüququ qazandığını vurğulayan Misir Mərdanov müsabiqəyə şagirdlərin böyük maraq göstərməsini əlamətdar hal kimi dəyərləndirib.


Çıxış edən təhsil naziri Misir Mərdanov bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.


Tədbirin sonunda müsabiqənin yekun mərhələsinin mövzusu elan edilib və məktəblilər "İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət" adlı inşa yazmağa başlayıblar.


O.M.