VİDEO:“EMM-2012” Fransa təmsilçisi tamaşaçılara acıqlandı

VİDEO:“EMM-2012” Fransa təmsilçisi tamaşaçılara acıqlandı

21 May 2012 14:11
Bəyəndim (0) Bəyənmədim (0)
Anqun birinci məşqindən narazı qalmışdı

Əslən İndoneziyadan olan müsəlman Anqun bu ilki "Eurovision" Mahnı Müsabiqəsində Fransanı təmsil edir. O, "Bakı Kristal Zalı"nda artıq iki dəfə məşqə çıxıb. Kosmopolit müğənnini ikinci məşqindən razı qaldığını bildirsə də, birinci məşq zamanı çox pis çıxış etdiyini, bu səbəbdən hətta tamaşaçılardan biri ilə mübahisə etdiyini bildirib. Eurovision.tv-nin məlumatına görə, Anqun bu barədə kanala verdiyi müsahibədə ətraflı məlumat verib: "Birinci çıxışım möhtəşəm deyildi. Birinci məşqim həm kameralar, həm də mobil telefonlar vasitəsilə qeydə alınırdı. Biz çoxlu rəy aldıq. Mən isə əsəbi halda dedim: "Ey, bu məşqdir."" Daha sonra Fransa təmsilçisi ikinci məşqindən razı qaldığını dilə gətirib.

O.M.