"Бурановские бабушки (Buranovo nənələri)" qrupu Azərbaycan mahnısı oxudu

"Бурановские бабушки (Buranovo nənələri)" qrupu Azərbaycan mahnısı oxudu

21 May 2012 11:33
Bəyəndim (0) Bəyənmədim (0)
Xəzər sahilində "Rusiya gecəsi" keçirildi

Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən Rusiya nümayəndə heyəti Abşeron çimərliyində maraqlı gecə keçirib. Eurovision.az-dan verilən məlumata görə, Gecənin əsas qəhrəmanları "Бурановские бабушки (Buranovo nənələri)" yenə də hər kəsin marağında idi. Müğənni nənələr nəinki sevimli hitlərini, hətta bir neçə məşhur mahnını da öz dillərində ifa edib. Nənələrin udmurt dilində ifa etdikləri "Şən Azərbaycan" mahnısı da tamaşaçıların marağına səbəb olub. Qrup bu dəfə səhnəyə tam tərkibdə - 8 nəfərlə çıxıb. Gecənin qonaqları sırasında olan bəstəkar-müğənni Emin Ağalarov və Rusiyanın xalq artisti Oleq Qazmanov da tamaşaçılara öz mahnılarını təqdim ediblər.

O.M.