"EuroVillage" Bakı əhlini və şəhərimizin qonaqlarını salamladı

"EuroVillage" Bakı əhlini və şəhərimizin qonaqlarını salamladı

21 May 2012 11:23
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanın Eurovision Mahnı Müsabiqəsindəki ilk təmsilçiləri "EuroVillage"də çıxış edib

Eurovision Mahnı Müsabiqəsi 2012-nin əsas məkanlarından biri olan "EuroVillage" səhnəsində konsertlərə start verilib. Eurovision.az saytı xəbər verir ki, 7 gün ərzində burada yerli və xarici ulduzların konsertləri, müxtəlif əyləncə və müsabiqələr keçiriləcək.

Mayın 19-dan etibarən Dənizkənarı Milli Parkda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı ərazidə fəaliyyətə başlayan bu məkanda ötən gün DJ-lərin iştirakı ilə diskoteka təşkil olunub. Eyni zamanda Azərbaycanın Eurovision Mahnı Müsabiqəsindəki ilk təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə "Day after day" mahnısını ifa ediblər.

Qeyd edək ki, "EuroVillage" ərazisinə giriş tam sərbəstdir. Hər gün mütəmadi olaraq müxtəlif proqramların təşkil olunacağı bu məkan mayın 27-dək fəaliyyət göstərəcək.

O.M.