Sənubər İsgəndərli hansı ölkəni dəstəkləyəcək?

Sənubər İsgəndərli hansı ölkəni dəstəkləyəcək?

21 May 2012 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist favoritini açıqladı

Azərbaycanlı olaraq hər birimiz "Eurovision-2012"nin Bakıda keçiriləcəyinə hədsiz sevinirik. Bu münasibətlə şəhərimiz kimi sakinlərin də üzünə sevinc qonub. Nəinki yerli camaat, həmçinin gəlmələr də şəhərimizin gözəlliyindən, təravətlənməsindən zövq almaqdadırlar.

Artıq sabahdan etibarən bütün dünyanın dördgözlə gözlədiyi populyar mahnı müsabiqəsinə start veriləcək. Təmsilçilər bir-bir öz mahnılarını ifa edəcəklər. İki yarımfinaldan sonra final gecəsi baş tutacaq və gecəyarısı qalibin kimliyi müəyyənləşəcək. Bu cür tarixi anı kimləri canlı-canlı, kimləri isə birbaşa yayım vasitəsilə seyr edəcək.

Pürrəngi çaydan içib, evində rahat şəkildə "Eurovision-2012"ni izləməyi tərciyyə edənlərdən biri də əməkdar artistimiz, ömründən hər il bir yarpaq düşsə də, heç vaxt qocalmayan Sənubər İsgəndərlidir. "Mən evdə baxacağam və indidən bilirəm ki, çox maraqlı olacaq. Səbinə Babayevanı dəstəkləyirəm. Amma heyf ki, ona səs verə bilməyəcəyik", - deyə saytımıza açıqlama verən aktrisa Kipri təmsil edən favoriti İyi Adamouya səs verəcəyini də əlavə etdi.

Maraqlı seçimdir... S.İsgəndərliyə yaraşan zövq...

Könül Aypara