Fəxriyyə Xələfova təqdimat mərasimi keçirəcək

Fəxriyyə Xələfova təqdimat mərasimi keçirəcək

21 May 2012 00:03
Bəyəndim (0) Bəyənmədim (0)
Timatiyə də "Caspian essence" təqdim ediləcək

Mayın 25-də Nardaranda yerləşən "Sea Breez" istirahət mərkəzində Rusiyanın tanınmış müğənnisi Timatinin konserti keçiriləcək. "Qara Ulduz" ("Black Star") ləqəbli Timatini DJ Mənsur və Wild Rust müşayiət edəcəklər. Xatırladaq ki, konsert axşam saat 21.00-da start götürəcək.

Bu ziyafət bir növ təqdimat xarakteri də daşıyır. Belə ki, təşkilatı dəstək modelyer-dizayner Fəxriyyə Xələfovanın kolleksiyasının yeni üzvü olan "Caspian essence" kişi ətirləridir. Hər kəs bu əyləncədən zövq almağa tələssin. Deyilənə görə, qızlara münasib güzəştlər olacaq! Kişilərə isə "Caspian essence"dən ətirlər hədiyyə ediləcək.

Könül Aypara