Roman Lob İsveç təmsilçisinin möhtəşəm çıxışından narahatdır

Roman Lob İsveç təmsilçisinin möhtəşəm çıxışından narahatdır

19 May 2012 14:19
Bəyəndim (0) Bəyənmədim (0)
“EMM-2012”-nin Almaniya təmsilçisi: “Mənim çıxışımın əsas ideyası odur ki, rola girməyim, özüm kimi olum”

Bu gün nəhayət ki, Almaniya təmsilçisi ilk məşqinə başlayıb. Buna qədər Roman Lob kulis arxasında istirahət edirdi. Müğənni Eurovision.tv-yə çıxışı haqqında bunları deyib: "Mənim çıxışımın əsas ideyası odur ki, rola girməyim, özüm kimi olum". Daha sonra həyəcanlı olduğunu gizlətməyən Roman Lob isveçli rəqibinin çıxışını dinlədikcə narahat olduğunu dilə gətirib: "Mən favoritlərdən biri olan Loreni dinlədikcə bir qədər narahat olmağa başlayıram. Bununla yanaşı, gözləyə bilmərəm ki, birinci mərhələdən evə qayıdım". Daha sonra şirniyyatı çox sevdiyini deyən almaniyalı ifaçı mümkün qədər soyuqqanlı olmağa çalışdığını etiraf edib: "Mən səhnədə necə hərəkət etdiyim haqda fikirləşmirəm. Özü kimi olmağa çalışıram. Bakıda mənə mənəvi dəstək lazımdır. Atam qısa müddətdə Bakıya gələcək və çıxışım zamanı yaxın dostlarımla birlikdə yanımda olacaq".

O.M.