VİDEO:“EMM-2012”-nin Böyük Britaniya təmsilçisi rəqiblərinin heç birini tanımır

VİDEO:“EMM-2012”-nin Böyük Britaniya təmsilçisi rəqiblərinin heç birini tanımır

19 May 2012 12:30
694
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, 76 yaşlı Engelbert Hamperdinkin əsl adı Arnold Corc Dorsidir

"Eurovision-2012"-nin ən yaşlı iştirakçısı, Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink Bakıya gəlib. Eurovision.az saytına müsahibə verən müğənni Bakıda ilk dəfə olduğunu, buna görə həyəcan keçirdiyini deyib və pərəstişkarlarına "mənə səs verməyi unutmayın!" deyə səslənib. Əsl adı Arnold Corc Dorsi olan 76 yaşlı Engelbert Hamperdink yarışmadakı rəqiblərini tanımadığını bildirib və bir neçə gün ərzində onlarla tanış olacağını sözlərinə əlavə edib.

O.M.