Bu gün “Eurovision-2012”-nin “Böyük altılığı” ilk məşqinə başlayacaq

Bu gün “Eurovision-2012”-nin “Böyük altılığı” ilk məşqinə başlayacaq

19 May 2012 12:55
890
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "Eurovision-2012"-nin "Böyük altılığı" ilk məşqinə başlayacaq

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012-nin 42 iştirakçı ölkəsinin təmsilçiləri və nümayəndə heyətləri artıq Bakıdadır. Eurovision.az saytı xəbər verir ki, müsabiqədə birbaşa finalda çıxış edəcək ev sahibi Azərbaycan və "Böyük beşlik" bu gün "Bakı Kristal Zalı"nda ilk məşqlərini edəcəklər. Bu gün Bakı səhnəsində birbaşa mayın 26-da çıxış edəcək ölkələrin çıxış ardıcıllığı belədir:

Ölkə

Məşq

Mətbuat konfransı

Almaniya
Fransa
İtaliya
Azərbaycan

İspaniya
Böyük Britaniya

14:30-15:10
15:15-15:55
16:00-16:40
17:00-17:40
17:45-18:25

18:30-19:10

15:55-16:35
16:40-17:20



Qeyd edək ki, bu gün qeyd olunan ölkələrin yalnız ikisi mətbuat konfransı keçirməyi planlaşdırır. Azərbaycan da daxil olmaqla, İtaliya, İspaniya, Böyük Britaniya təmsilçilərinin mətbuatla ilk görüşü mayın 23-nə nəzərdə tutulur.

O.M.