VİDEO:"EMM-2012"-nin İtaliya təmsilçisi Azərbaycan haqda çox oxuyub

VİDEO:"EMM-2012"-nin İtaliya təmsilçisi Azərbaycan haqda çox oxuyub

19 May 2012 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Nina Zilli: “Mən bilirəm ki, Azərbaycan xəritədəki yerinə görə müxtəlif mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşir”

Bu gün İtaliya təmsilçisi Nina Zilli də nəhayət ki, Bakıya təşrif buyurdu. Azərbaycan haqda geniş məlumata malik olan müğənni Eurovision.az-a maraqlı açıqlama verdi: "Ümimiyyətlə, Azərbaycan haqda çox oxumuşam. Mən bilirəm ki, xəritədəki yerinə görə müxtəlif mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşir. Səbirsizliklə Bakını və onun mədəniyyətini görmək istəyirəm".

Daha sonra ölkəmizi azərbaycanca salamlayan Nina Zilli aeroportdan birbaş "Bakı Kristal Zalı"na yola düşdü.

O.M.