Ağdamda məşhur xanəndə Səxavət Məmmədovun qəbri tapılıb - Video

Ağdamda məşhur xanəndə Səxavət Məmmədovun qəbri tapılıb - Video

25 Noyabr 2020 16:13
949
Bəyəndim (2) Bəyənmədim (0)

Hərbçilərimiz Ağdam rayonununda mərhum azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb. 1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olub. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

Xanəndə 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib.

Oxuməni.az videonu təqdim edir: