VİDEO:“Litesound (Zərif səs)” rok-qrupu səhnədə motosiklet yarışçısı paltarında olacaq

VİDEO:“Litesound (Zərif səs)” rok-qrupu səhnədə motosiklet yarışçısı paltarında olacaq

18 May 2012 19:16
Bəyəndim (0) Bəyənmədim (0)
Belorus təmsilçiləri öz aralarında ingilis, italyan, rus dillərində danışmaq məcburiyyətindədirlər

Belorusdan olan "Litesound (Zərif səs)" qrupu cavan olsa da, kifayət qədər təcrübəyə malikdir. Bugünkü məşq zamanı onlar da fərqli performans göstərərək rok musiqilərini ifa etdilər. Qrup üzvlərinin fikrincə, artıq onlar jurnalistlər və Bakı tamaşaçıları üçün qalibdirlər.

Eurovision.tv-nin müxbirinə müsahibə verən qrup üzvləri yarımfinala məşqdəki kostyumları ilə çıxacaqlarını bildiriblər: "Biz motosiklet sürücüsünün paltarını çox sevirik. Ona görə də motosiklet yarışçısı kimi görünmək istəyirik".

"Qrupun solistlərindən biri Yakopo Massa əslində İtaliyadandır. Odur ki, biz bir çox dillərdə danışmalı oluruq – ingilis, italyan, rus dillərində" - deyə çıxışını tamamlayan "Litesound (Zərif səs)" qrupu məşq üçün "Bakı Kristal Zalı"-nın səhnəsinə qalxdı.

O.M.