VİDEO:“EMM-1997”-yə buraxılmayan 45 yaşlı Kaliopi “EMM-2012”-ni çox bəyənir

VİDEO:“EMM-1997”-yə buraxılmayan 45 yaşlı Kaliopi “EMM-2012”-ni çox bəyənir

18 May 2012 18:29
Bəyəndim (0) Bəyənmədim (0)
Kaliopi: “Oopa, bura Makedoniyanın ərazisidir”

Makedoniyanın 45 yaşlı təmsilçisi Kaliopi şarmı və gülər üzü ilə tez bir zamanda jurnalistlərin və tamaşaçıların rəğbətini qazana bildi. Bu gün o da digər rəqibləri kimi "Bakı Kristal Zalı"nda ikinci məşqinə çıxmışdı. Məşq gözlənildiyindən rahat baş tutdu. Daha sonra ifaçı Makedoniya nümayəndə heyətinin qapısına yaxınlaşaraq, "Oopa, bura Makedoniyanın ərazisidir" deyə içəri daxil oldu. Eurovision.tv.nin məlumatına görə, Kaliopi yarışma haqqında fikirlərini bu cür bölüşdü: "Biz bura birinci məşqə qədər ümidsiz gəlmişdik. Lakin ilk başdan hər şey yaxşı oldu. Hər zaman ilk günlər dözümlü olmaq lazımdır. Burda isə məşq çox asan keçdi."

Keçmiş xatirələrinə dönən ifaçı 1996-cı ildə milli seçim turunda qələbə qazandığı halda, Oslo finalına gedişinə qadağa qoyulduğunu yada saldı. Xatırladaq ki, o zaman Kaliopi "Samo Ti (Sən özün)" mahnısı ilə "Eurovision-1997" final müsabiqəsinə vəsiqə aldığı halda, 7 mahnıdan biri kimi bu mahnı da avropalı münsiflər tərəfindən rədd edilmişdi. Lakin indi Kaliopi buna təəssüf etmədiyini bildirdi: "İndiki möhtəşəm mahnıların arasında olmaq yaxşıdır, mənim 45 yaşım var, daha təcrübəliyəm." Makedoniya təmsilçisi çıxışının sonunda Bakıda özünü ekzotika aləmində hiss etdiyini və bundan zövq aldığını bildirdi.

O.M.