VİDEO: Joan Franka bugünkü məşqə əsəbi halda çıxdı

VİDEO: Joan Franka bugünkü məşqə əsəbi halda çıxdı

18 May 2012 16:49
Bəyəndim (0) Bəyənmədim (0)
Niderland təmsilçisinin hindu geyimi hər kəsi təəccübləndirdi

Hər bir kəsin gözəl və unudulmaz uşaqlıq xatirəsi olur. Niderlanddan olan Joan Franka üçün bu, "Kovboy və hindu" tamaşası və onun oğlan qəhrəmanıdır. Eurovision.tv-nin məlumatına görə, onun "You and Me (Sən və Mən)" adlı mahnısında rəssam bu barədə xatirələrini dilə gətirir. Məlumatda o da bildirilir ki, Joan Franka 2-ci məşqinə olduqca ciddi hazırlaşıb. Səhnəyə çıxmazdan əvvəl xanım iştirakçı əsəbi olsa da, həyəcanını tezliklə yenə bilib. Onun hindu libası hər kəsi təəccübləndirib.

O.M.