VİDEO:“EMM-2012”-nin əkizləri mahnılarını fəvvarələrin fonunda təqdim etdilər

VİDEO:“EMM-2012”-nin əkizləri mahnılarını fəvvarələrin fonunda təqdim etdilər

18 May 2012 17:03
Bəyəndim (0) Bəyənmədim (0)
İrlandiya təmsilçiləri "Bakı Kristal Zalın"da növbəti məşqə çıxdılar

İrlandiyanı 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edən əkiz qardaşlar mahnılarını fəvvarələrin fonunda təqdim ediblər. Eurovision.tv-nin məkumatına görə, "Waterline (Su şırnağı)" mahnısı ilə çıxış edən İrlandiyanın "Jedward" qrupunun geyimləri səhnə quruluşları ilə həmahənglik təşkil ediblər. Ağ pencək, qara şalvarda Bakı səhnəsinə çıxan əkiz qardaşları müşayiət edən qrupun digər üzvləri isə sadə geyimdə olmuşlar. Kameralar daha çox qardaşları göstərdiyindən "Jedward" qrupunun vokalçıları daha çox arxa planda diqqət çəkib.

İrlandiyalı əkizlərin təqdim etdikləri "Waterline (Su şırnağı)" mahnısı isə enerji və dinamikliyi ilə yadda qalıb.

O.M.