“Buranovo nənələri” jurnalistləri bişirdikləri kökələrə qonaq etdilər

“Buranovo nənələri” jurnalistləri bişirdikləri kökələrə qonaq etdilər

18 May 2012 17:00
Bəyəndim (0) Bəyənmədim (0)
Nənələr kənddəki təsərrüfatlarından nigarandırlar

Mayın 18-də "Baku Crystal Hall"un səhnəsində ikinci məşqinə çıxan "Бурановские бабушки (Buranovo nənələri)" qrupu hər kəsi təəccübləndirə bilib. Belə ki, qrupun ifadan sonrakı mətbuat konfransı jurnalistlərin böyük marağına səbəb olub. İctimai Televiziyadan verilən məlumata görə, jurnalistlərlə görüşdə qrup üzvləri bildiriblər ki, "Russian Party for Everybody" gecəsində qonaqlar üçün çoxlu sürprizlər hazırlayıblar. Bildirilib ki, tədbirdə Rusiyanın tanınmış ifaçıları, həmçinin Oleq Qazmanov çıxış edəcək.

Artıq beşinci gündür ki, Bakıda olmalarına baxmayaraq, heç də darıxmadıqlarını dilə gətirən rusiyalı nənələr sadəcə təsərrüfatlarında işlərin nə yerdə olmasından narahatlıqlarını ifadə ediblər.

"Бурановские бабушки (Buranovo nənələri)" qrupunun üzvləri sonda jurnalistləri hazırladıqları kökələrə qonaq ediblər.

O.M.