Türkmənistanda festival keçiriləcək

Türkmənistanda festival keçiriləcək

25 Aprel 2011 13:34
958
Bəyəndim (0) Bəyənmədim (0)

28-30 aprel tarixlərində Türkmənistanın Aşqabad şəhərində "Türk xalqlarının mədəni irsi" mövzusunda beynəlxalq festival və elmi konfrans təşkil ediləcək.

Türkmənistan dövləti və TÜRKSOY-un birgə təşkilatçılığı ilə türk dövlətlərinin zəngin mədəni irsinin təbliği, türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə keçiriləcək tədbirlərdə nümayəndə heyətləri müxtəlif nominasiyalarda çıxış edəcəklər.

Festival çərçivəsində keçiriləcək elmi konfransda türkdilli xalqlar arasındakı münasibətlərə və mədəni əlaqələrə dair fikir mübadiləsi aparılacaq.
Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.


Ulu öndər M.K.Atatürk demişkən, türkün türkdən başqa dostu yoxdur.


Elvin Babayev


O.M.