VİDEO-“EMM-2012” şousu muğam sədaları altında baş tutacaq

VİDEO-“EMM-2012” şousu muğam sədaları altında baş tutacaq

16 May 2012 12:08
846
Bəyəndim (0) Bəyənmədim (0)
Alim Qasımov "Bakı Kristal Zalı"nda məşq edib

Mayın 15-də "Bakı Kristal Zalı"nda Eurovision Mahnı Müsabiqəsi 2012-nin final mərhələsinin açılış şousunun məşqi keçirilib. Məşqlərdə iştirak edən muğam ustası, xalq artisti Alim Qasımov eurovision.az saytına açıqlama verib. Qeyd edək ki, Alim Qasımov mayın 26-da final şousunun açılışında çıxış edəcək. Həmçinin Azərbaycan təmsilçisi Səbinə Babayeva finaldakı çıxışı zamanı "When the Music Dies" mahnısında Alim Qasımovla birgə xüsusi parça ifa edəcək və tamaşaçılara Azərbaycan musiqisinin elementlərini çatdıracaq.

"Bizim fikrimiz Eurovision tamaşaçılarına, gənc nəslə Azərbaycan muğamını təqdim etməkdir", - deyə Alim Qasımov bildirib və hazırlığı yüksək səviyyədə qiymətləndirib.

O.M.