Latviya təmsilçisi Anmari Qəbələnin gözəlliyinə vuruldu

Latviya təmsilçisi Anmari Qəbələnin gözəlliyinə vuruldu

16 May 2012 12:04
Bəyəndim (0) Bəyənmədim (0)
"Həqiqətən də gəzdiyim hər yer əsrarəngizdir - havası, suyu ilə fərqlidir"

Latviya təmsilçisi Anmari Qəbələdə səfərdə olub. Eurovision.az saytı xəbər verir ki, Latviyanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edən Anmari mayın 15-də Qəbələ ilə tanış olub. Qəbələ dağları, meşələrinə vurulan Anmari bu hissi uzun müddətdir keçirmədiyini bildirib. Təmsilçi Qəbələyə gedən yolda Şamaxı və İsmayıllı ilə də tanış olub. Anmari "həqiqətən də gəzdiyim hər yer əsrarəngizdir, havası, suyu, hər şeyi ilə fərqlidir" deyib.

O.M.