Nizami Kino Mərkəzi ermənipərəst Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina edib

Nizami Kino Mərkəzi ermənipərəst Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina edib

27 Oktyabr 11:48
1 648
Bəyəndim (1) Bəyənmədim (0)

Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bununla bağlı Nizami Kino Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.

“Bundan sonra etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir”, - deyə mərkəzdən bildirilib.

Oxuməni.az