VİDEO-Kaliopi sabah “Sarı Gəlin” mahnısını azərbaycanca oxuyacaq

VİDEO-Kaliopi sabah “Sarı Gəlin” mahnısını azərbaycanca oxuyacaq

15 May 2012 14:38
Bəyəndim (0) Bəyənmədim (0)
“EMM-2012”-nin makedoniyalı iştirakçısı azərbaycanlılarla makedoniyalıların bənzər xüsusiyyətlərə malik olduqlarını dilə gətirdi

"EMM-2012"-nin makedoniyalı iştirakçısı Kaliopi bu gün "Bakı Kristal Zalı"nda məşqlərinə başlayıb. Eurovision.az-ın məlumatına görə, o, məşqdən öncə ictimaiyyətlə fikirlərini bölüşüb: ""Kristal Zalı" möhtəşəmdir, amma mən Bakı haqda danışmaq istərdim. Bakı möcüzəvi şəhərdir. Burada 2 gün olmağıma baxmayaraq, özümü xoşbəxt hiss edirəm. Bu şəhər məni ilhamlandırdır. İnsanlar qayğıkeş və qonaqpərvərdir. Mən Azərbaycan dilini öyrənəcəyəm". Müsabiqədə iddialı olduğunu vurğulayan müğənni daha sonra özünü vətəni Makedoniyadakı kimi hiss etdiyini bildirdi. O, azərbaycanlılarla makedoniyalıların bənzər xüsusiyyətlərə malik olduqlarını dilə gətirdi. Sonda Kaliopi vurğunu olduğu "Sarı Gəlin" mahnısını sabah azərbaycanca oxuyacağına söz verdi.

O.M.