“EMM-2012” Albaniya təmsilçisinin nənəsi Türk imiş

“EMM-2012” Albaniya təmsilçisinin nənəsi Türk imiş

14 May 2012 12:08
Bəyəndim (0) Bəyənmədim (0)
Rona Nişliu “Qız Qalası”na heyran qaldı!

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012-də Albaniyanı təmsil edən Rona Nişliu ötən gün Qız Qalasından şəhər görüntüsünü saatlara izlədiyini və Bakıya vurulduğunu deyib. Rona eurovision.az saytına açıqlamasında ilk fürsətdə yenidən şəhər gəzintisinə çıxacağını bildirib. Təmsilçinin sevdiyi dillərdən biri isə Türk dilidir və o, bu dildə kifayət qədər səlis danışa bilir. Rona Türk dilini televiziya verilişlərinin köməyi ilə öyrənib. O, bu dilə olan marağını nənəsinin Türk əsilli olması ilə əlaqələndirib.

Xatırladaq ki, Rona Nişliu ilk mətbuat konfransında azərbaycanca danışmış, daha sonra "Bana-bana gəl" mahnısını ifa etmişdi.

O.M.