VİDEO-İvi Adamou Azərbaycanı sevdiyini dedi

VİDEO-İvi Adamou Azərbaycanı sevdiyini dedi

14 May 2012 12:27
Bəyəndim (0) Bəyənmədim (0)
Kipr təmsilçisinin məqsədi qalib gəlmək deyil, Bakını və Azərbaycanı tanımaqdır

Bildiyiniz kimi, artıq "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçılarının ilk məşqləri "Bakı Kristal Zalı"nda baş tutub. Belə ki, 42 təmsilçi ölkədən 9-nun ilk məşqləri və onun ardınca mətbuat konfransları keçirilib. Bu gün daha 9 iştirakçının ilk məşqə çıxacağı gözlənilir. Eurovision.az-ın məlumatına görə, onlardan biri də Kipr adasının təmsilçisi İvi Adamoudur. Xanım Adamou məşq ərəfəsində jurnalistlərlə görüşərkən Bakıya heyran olduğunu, hündür mərtəbəli binalardan heyrətə gəldiyini bildirib. Daha sonra Kipr təmsilçisi bu yarışmada iştirak edə biləcəyi üçün xoşbəxt olduğunu dilə gətirib. Sonda isə o, ingilis dilində "Mən sizi sevirəm" deyə çıxışını yekunlaşdırıb.

O.M.