"Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!"

"Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!"

13 May 2012 10:29
Bəyəndim (0) Bəyənmədim (0)
VIDEO:İrlandiya təmsilçiləri hava limanından pərəstişkarlarına belə səsləndi

İrlandiyanı bu il Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil edən "Jedward" dueti yarışma öncəsi ilk rəsmi müsahibələrində şou həyəcanlarını paylaşıblar. Eurovision.az-ın məlumatına görə, Edvard Bakının "Alov qəsri"ndən heyrətləndiyini dilə gətirib. John və Edvard hava limanında onları qarşılayan pərəstişkarlarına əsl şou nümayiş etdirib. Onlar birlikdə şəkil çəkdirib, eləcə də mahnı oxuyublar. "Azərbaycanın "Jedward"a səs verməsini istəyirik. Siz kimə səs verəcəksiniz?! "Jedward"a. Mən Azər, o Baycan, biz birlikdə Azərbaycanıq!". Xatırladaq ki, İrlandiya təmsilçiləri ilk məşqlərini etmək üçün mayın 14-də saat 15:10-da "Bakı Kristal Zalı" səhnəsinə çıxacaq. "Jedward" qardaşlarının hava limanındakı qarşılanma mərasimindən görüntüləri təqdim edirik.

O.M.