Ayağa qalx Azərbaycan

Ayağa qalx Azərbaycan

28 Sentyabr 15:32
2 274
Bəyəndim (5) Bəyənmədim (0)

Şahməmməd

Ayağa qalx Azərbaycan !

Səndə, mənə ümid gəzən,
Yerdən göydən tufan əsən...
Şuşasızdır ruhum və mən
Ayağa qalx Azərbaycan!
Döyüşə çıx Azərbaycan!

Torpaq da torpağa həsrət,
İçimdə qaynayır nifrət...
Varlığımı didir qeyrət,
Ayağa qalx Azərbaycan!
Döyüşə çıx Azərbaycan!

Dağın, daşın gözü yolda,
Bulaqların sözü yolda.
Daha dözmür cığır, yol da,
Ayağa qalx Azərbaycan!
Döyüşə çıx Azərbaycan!

Hanı gediş? Hanı gəliş?
Libasını dəyiş! Dəyiş!..
Yaddaşlardan silinməmiş
Ayağa qalx Azərbaycan!
Döyüşə çıx Azərbaycan!

Yurdum yada qala bilməz
Belə getsə ürək gülməz!
Düşmən nəfəs ala bilməz
Ayağa qalx Azərbaycan!
Döyüşə çıx Azərbaycan!

Yaxındadır qələbəmiz,
Şəkər dadar qələbəmiz!
Qalx ayağa hazırıq biz,
Ayağa qalx Azərbaycan!
Döyüşə çıx Azərbaycan!

Ləngimisən ... Sən ləngimə!
Vermə sorğu sən heç kimə!
Bu dərdi məzara çəkmə!
Ayağa qalx Azərbaycan!
Döyüşə çıx Azərbaycan!